“TikTok” “Sputnik”in hesablarını sildi

Dünya

21.09.2024 17:30

“TikTok” "Sputnik" agentliyinin bir sıra hesablarını silib. 

TodayPress xəbər verir ki, bu barədə “RT” məlumat yayıb.

Qeyd olunur ki, “Sputnik İnternational”, “Sputnik Serbia”, “Sputnik Afrique”, “Sputnik Afrika”, “Sputnik Brasil”, “Sputnik Mundo” və “Sputnik İndoneziya”nın hesablarının “TikTok”da fəaliyyəti dayandırılıb.

“TikTok” hələ ki, hesabların silinməsinin səbəblərini açıqlamayıb.

Rusiya mediasında yayılan iddialara görə, bu agentliyin ABŞ-nin Rusiya mediasına müdaxilədə ittiham etməsi fonunda baş verib. 

Günəş Mərd

tag: TikTok, Sputnik Mundo ,Sputnik Afrique ,Sputnik Afrika ,ABŞ ,Rusiya ,todaypress.az,