TikTok ABŞ-də bloklandı

Dünya

19.01.2025 09:19

"TikTok" Amerika hakimiyyətinin qadağasından sonra ABŞ -də bloklanıb.

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat verib . 

Bildirilib ki, xidmət “Apple” proqram mağazasında yoxa çıxıb və proqramın özünə daxil olmaq istəyəndə belə bir elan görünür:

“ABŞ-də "TikTok"u qadağan edən qanun qüvvəyə minib. Təəssüf ki, bu o deməkdir ki, siz hələlik TikTok-dan istifadə edə bilməyəcəksiniz”. 

Qeyd edək ki, 2024-cü ilin aprelində ABŞ-nin hazırkı prezidenti Cozef Bayden bununla bağlı qanun imzalayıb. Qanunda göstərlilb ki, platforma 2025-ci il yanvarın 19-dək Amerika şirkətinin nəzarətinə keçməlidir, əks halda onun ölkədə fəaliyyəti qadağan olunacaq.

ABŞ rəsmiləri qorxurlar ki, Çin hökuməti istifadəçi məlumatlarını tələb edə və ya proqramdan təbliğat yaymaq üçün istifadə edə bilər. Bununla belə, "TikTok" nümayəndələri bu narahatlıqları dəfələrlə təkzib ediblər. 

Günəş Mərd 

tag: ABŞ,Qanun,TikTok,Bloklanma,Bayden,Todaypress.az,