Tikinti meydançasında partlayış: Ölən və xasarət alanlar var
Dünya
15.07.2024 15:08
Çeçenistanda tikintidə partlayış baş verib.
TodayPress xəbər verir ki, hadisə Başin-Kali kəndində qeydə alınıb. İlkin versiyaya görə, qaz balonu partlayıb.
Partlayış nəticəsində ən azı 5 nəfərin öldüyü, 26 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.
Hadisənin baş vermə səbəbi hələlik açıqlanmayıb. Faktla bağlı araşdırma aparılır.
Nərmin Tuncay
tag: Çeçenistan, Partlayış, Ölüm, Xəsarət,Başin Kali Kəndi, todaypress.az,