Ticarət müharibəsində kim qalib gələcək?
Dünya
04.02.2025 09:16
Avropa İttifaqı (Aİ) ABŞ və Çin arasında gələcək ticarət müharibəsinə hazırlaşır və bu müharibədən Pekin böyük ehtimalla qalib çıxacaq.
TodayPress xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas məlumat verib.
“Aydındır ki, ticarət müharibəsində qaliblər yoxdur. Amma Aİ və ABŞ ticarət müharibəsinə başlasa, bu Çinin xeyirinə olacaq” deyə Kallas bildirib.
Bundan əvvəl Çin hakimiyyəti bildirib ki, Ağ Evin hazırkı rəhbəri Donald Tramp birinci prezidentlik dövründə əldə edilmiş razılaşmalara qayıtmaqla qlobal ticarət müharibəsinin başlanmasının qarşısını almağa kömək edir.
Nicat Osman
tag: Avropa İttifaqı,Çin,Pekin,Ağ Ev,Todaypress.az,