Tibetdəki zəlzələdən sonra Everest turistlər üçün bağlandı

Dünya

07.01.2025 10:55

Tibetdə baş verən zəlzələ səbəbindən Everest Dağının Landşaft Parkı (Qomolanqma) müvəqqəti olaraq turistlər üçün bağlanıb. 

TodayPress xəbər verir ki, bu barədə Tibet Mədəniyyət və Turizm Departamenti məlumat yayıb.

Bildirilib ki, müvafiq addım turislərin təhlükəsizliyini təmin etmək məqsədilə atılıb.      

Parkın açılışı barədə daha sonra məlumat veriləcək.

Qeyd edək ki, yanvarın 7-də səhər Tibetdə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində 53 nəfər ölüb, 62 nəfər yaralanıb.

Günəş Mərd

tag: Tibet ,Zəlzələ, Everest, Güc, Turist, todaypress.az,