Tibetdə dəhşətli zəlzələ - Ölənlərin sayı 50-ni keçdi - YENİLƏNDİ
Dünya
07.01.2025 13:00
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
TodayPress xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Qeyd olunub ki, 130 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
***
09:58
Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Rayonunda (TMR) güclü zəlzələ nəticəsində ölənlərin sayı 53-ə çatıb, 62 nəfər yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə “Xinhua” məlumat yayıb.
Bildirilib ki, təbii fəlakət bir çox binanın dağılmasına səbəb olub. Yerli iqtidar axtarış-xilasetmə əməliyyatları üçün resursları səfərbər edib. Təkrar yeraltı təkanların baş vermə təhlükəsi ilə əlaqədar əhalinin təxliyəsi həyata keçirilir.
Qeyd edək ki, yeraltı təkanların episentri Şiqadze şəhərindən 163 km məsafədə yerləşib. Təbiət hadisəsinin ocağı 10 km dərinlikdə olub.
tag: Çin ,Yeraltı ,Zəlzələ, Təxliyə, todaypress.az,