"The Washington Post” un baş redaktoru istefa verdi
Dünya
03.06.2024 09:37
“The Washington Post” qəzetinin baş redaktoru Salli Buzbi istefa verib.
TodayPress xəbər verir ki, bu barədə nəşr özü məlumat yayıb. Bildirilib ki, Buzbinin
gedişi qəzetin böhran dövrünə təsadüf edib. Nəşrin veriyi açıqlamada son bir ildə 77
milyon dollar itirdiyi qeyd olunub.
2021-ci ildə bu vəzifəni icra etməyə başlayan Salli Buzbi qəzetin tarixində ilk qadın baş redaktor olub. Onun vəzifəsindən ayrılma səbəbi hələki açıqlanmır.
Qeyd edək ki, Buzbi, iqlim və tibb sahəsi ilə bağlı problemlərin işıqlandırılmasında xüsusi xidmətləri olan amerikalı jurnalistdir. 2021- ci ildə Pulitzer Mükafatı qazandıqdan sonra "The Washington Post” da baş redaktor vəzifəsinə təyin olunmuşdu.
“
The Washington Post” un yeni baş redaktor daha əvvəl “The Wall Street Journal”ın
baş redaktoru olmuş Mett Murray olacaq.
Günel
tag: "The Washington Post” ,Salli Buzbi,Pultizer Mükafatı,todaypress.az,