Tezliklə Qafanda Rusiyanın Baş Konsulluğu fəaliyyətə başlayacaq

Dünya

20.06.2024 11:51

1327

“Rusiya yaxın zamanlarda Ermənistanın Sünik vilayətinin Qafan şəhərində ölkənin Baş Konsulluğunu açmağı planlaşdırır”.

TodayPress xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiyanın xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib. 

Bununla belə, rusiyalı diplomat Ermənistanda Baş Konsulluğun açılacağı dəqiq tarixi açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Qafanda Rusiya Baş Konsulluğunun cari ilin əvvəlində fəaliyyətə başlayacağı gözlənilirdi.

tag: Qafan, Rusiya, Baş Konsulluq, Ermənistan, todaypress.az,