Tezliklə Aya və Marsa səyahət mümkün olacaq
Dünya
13.10.2024 17:53
"SpaceX" Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş dünyanın ən böyük raketinin birinci mərhələsini buraxılış kompleksinə qaytarmağa nail olub.
TodayPress xəbər verir ki, bu barədə şirkət öz rəsmi səhifələrində məlumat yayıb.
Bildirilib ki, dünyanın ən böyük raketi "Starship" beşinci sınaq uçuşu ilə Texasın cənub-şərqindəki Boka Çikada "SpaceX"in "Starbase" buraxılış meydançasından havaya qalxıb.
Uğurlu uçuşdan sonra "Super Heavy" daşıyıcı raketi tarixində ilk dəfə buraxılış kompleksinə enib. Eniş zamanı Raptor mühərriklərinin bir hissəsinin partlamasına baxmayaraq, "SpaceX" mühəndisləri daşıyıcını 140 metr hündürlükdəki "Mechazilla" qülləsinə çatdıra biliblər.
Həmçinin idarə olunan "Starship" kosmik gəmisi orbitə uğurla daxil olub. Sınaq planına əsasən, o sonradan orbitdən çıxarılaraq Hind okeanında batırılacaq.
tag: SpaceX,Ay,Mars,Starbase,Mechazilla,Starship,todaypress.az,