Təyyarə təcili eniş etdi, sərnişin öldü
Dünya
02.09.2024 13:26
Moskvadan Yekaterinburqa uçan təyyarə sərnişinin səhhətinin pisləşməsi ilə əlaqədar Kazan hava limanına məcburi eniş edib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
“İlkin məlumatlara görə, 2 sentyabr 2024-cü il tarixində saat 03:00-da Moskva və Yekaterinburq arasında hərəkət edən sərnişin təyyarəsi sərnişinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar təcili tibbi yardım göstərmək üçün Kazan hava limanına məcburi eniş edib. Təyyarə eniş etdikdən sonra həkimlər qadının ölümünü təsdiqləyiblər”.
Hazırda hadisə yerinə baxış keçirilir, şahidlər dindirilir, təyinat üçün bir sıra ekspertizalar hazırlanır. Yoxlanışın nəticələrinə əsasən, prosessual qərar qəbul ediləcək.
Töhfə Səməd
tag: Təyyarə ,Eniş, Moskva,Yekaterinburq,Tibbi Yardım, todaypress.az,