Təyyarə təcili eniş etdi – 30 sərnişin yaralandı
İspaniyanın paytaxtı Madriddən Uruqvayın paytaxtı Montevideoya yola düşən bir təyyarə havada şiddətli qasırğaya düşüb.
TodayPress BBC-yə istinadən xəbər verir ki, təcili eniş etməli olan təyyarədə 30 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
İspaniyanın "Air Europa" aviaşirkətinə aid "Boeing 787-9" təyyarəsi Braziliyanın şimal-şərq istiqamətindəki Natal hava limanına yönləndirilib.
Normal şəkildə yerə eniş edən təyyarəni təcili yardımlar qarşılayıb. Sərnişinlərə ilkin tibbi müdaxilələr edilib. Vəziyyəti ağır olan 10 nəfər xəstəxanaya yerləşdirilib.
tag: İspaniya, Təyyarə, Qəza, Air Erope Aviaşirkət, Sənişinlər, todaypress.az,