Təyyarə quşla toqquşdu, pilot yaralandı
“Flair” Hava Yollarına məxsus təyyarə uçan qaz sürüsü ilə toqquşub. Nəticədə təyyarənin ön şüşəsi sınıb, pilot yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə “Simple Flying” portalı məlumat yayıb.
Hadisə Torontodan Vinnipeqə uçan “Boeing 737” təyyarəsində baş verib. Mənbənin sözlərinə görə, uçuş zamanı təyyarə quş sürüsü ilə toqquşub, onlardan biri ön şüşəyə çırpılıb və onu sındırıb.
Qeyd olunur ki, pilot kabinəsinə qəlpələrin daxil olması səbəbindən təyyarə komandiri yüngül xəsarətlər alıb. Onun hazırkı vəziyyəti məlum deyil.
Töhfə Səməd
tag: Flair, Hava Yolları, Təyyarə, Pilot,Qaz Sürüsü, todaypress.az,