Texas məhkəməsi Baydenin proqramını tətbiq etməkdən imtina etdi

Dünya

27.08.2024 10:48

864

Texas məhkəməsi Bayden administrasiyasının ABŞ vətəndaşları ilə evli olan immiqrantlara hüquqi status verilməsi proqramını dayandırmaq qərarına gəlib. 

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” bölgə hakiminin qərarına istinadən məlumat yayıb.

Fərman nəticəsində təxminən 500 minə yaxın qeyri-qanuni miqrantın, eləcə də onların 50 minə yaxın övladının qanuni status ala bildiyi açıqlanıb. 

Texas rəsmiləri hesab edirlər ki, ştatda yaşayan çoxlu sayda qeyri-qanuni immiqrantlara görə hər il 10 milyonlarla dollar xərcləməli olurlar. Bunun fonunda, sənəddə hakim ştatların proqrama qarşı arqumentləri əsaslı adlandırılıb. Bu məsələnin daha diqqətli nəzərdən keçirilməsi tövsiyə edilib.

Qeyd edək ki, iyunun 18-də Bayden Amerika vətəndaşları ilə nigahda olan və uzunmüddətdir  Birləşmiş Ştatlarda yaşayan mühacirlərin hüquqi status alması prosesini asanlaşdırıb. Texas məhkəməsi müvafiq fəramanı verməklə, prezidentin qərarına qarşı çıxıb. 

Töhfə Səməd

tag: Texas, Bayden, Proqram, Fərman, Məhkəmə,ABŞ, todaypress.az,