Tətillər Fransanın enerji təchizatını pozdu

Dünya

10.12.2024 18:28

2146

Fransada dövlət enerji nəhəngi EDF-nin işçilərinin tətili təxminən 2,5 qiqavat (QVt) elektrik enerjisinin itirilməsinə səbəb olub.

Bu barədə TodayPress "Reuters"ə istinadən məlumat verir.

Təxminən 1 qiqavat hidroelektrik enerjisi və Fransanın şimalındakı Paluel atom elektrik stansiyasının iki reaktorundan 1,5 QVt enerji istismardan çıxarılıb.

Bu, Fransada elektrik enerjisi istehsalının təxminən 4 %-ni təşkil edir. Fransanın gün ərzində xalis ixracatçı olaraq qalacağı gözlənilir.

tag: Fransa,EDF,QVt,Paluel,todaypress.az,