“Tesla”nın idxalına 100% rüsum tətbiq ediləcək
Kanada Çin elektrik avtomobillərinin idxalına 100% rüsum tətbiq etməyi qərara alıb.
TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bildirilib ki, bu qərar Çində istehsal olunan “Tesla” avtomobillərinə də təsir edəcək.
Qeyd edək ki, Şanxayda istehsal olunan “Tesla” elektrik avtomobilləri Sakit okeandakı Vankuver limanı vasitəsilə Kanadaya tədarük edilir.
Töhfə Səməd
tag: Kanada, Çin, Avtomobillər, İdxal ,Rüsum, todaypress.az,