"Tesla": İlon Mask CEO olaraq qalacaq
"Tesla"nın direktorlar şurasının sədri Robin Denholm bildirib ki, İlon Mask vəzifəsində qalacaq.
TodayPress xəbər verir ki, bu barədə o, "X"da yazıb.
Onun sözlərinə görə, "Tesla"nın baş direktoru İlon Maskdır və idarə heyəti onun böyümə planınında iştirak etmək istəyir.
Bundan əvvəl "Wall Street Journal" yazıb ki, "Tesla" rəhbərliyi Maskın yerinə yeni CEO tapmaq üçün axtarışa başlayıb.
İlon Mask isə bu iddiaları təkzib edərək, "WSJ"nin məlumatını “qəsdən uydurma” və “etikanın kobud şəkildə pozulması” adlandırıb.
Türkan İsgəndərli
tag: Tesla,İlon Mask,X,Milyarder,todaypress.az,