“Tesla” iki milyona yaxın avtomobili nasazlığa görə geri çağırdı

Dünya

30.07.2024 23:58

İyun ayında “Tesla” şirkəti kapot qapaqları ilə bağlı problemlər səbəbindən elektrik avtomobillərini kütləvi şəkildə geri çağırmağa məcbur olub.

TodayPress xəbər verir ki, bu barədə “Ars Technica” nəşri məlumat yayıb.

Ümumilikdə şirkət son dörd ildə istehsal edilən 1,85 milyon ədəd “3”, “S”, “X” və “Y” modellərini bir aydan az müddətdə geri çağırıb.

Problem ilk dəfə mart ayında çinli “Tesla” sahiblərinin kapotun istəmədən açıldığına dair şikayətindən sonra məlum olub.

Araşdırma zamanı məlum olub ki, problem kapotun kilid açarının deformasiyası ilə bağlıdır. Bu da öz növbəsində müştərilərin kapotun açıq olması barədə bildirişlər almasına mane olur.

Vurğulanıb ki, problem kapotun qapağı ilə əlaqəli olsa da, proqram yeniləməsi ilə həll edilə bilər.

tag: Tesla, İlon Mask, Şirkət, Nasazlıq, Çağırış, todaypress.az,