“Tesla Cybertruck” ilk ölümcül qəzasını etdi

Dünya

07.08.2024 16:00

ABŞ-nin Texas ştatında “Tesla Cybertruck” qəzadan sonra yanıb. 

TodayPress xəbər verir ki, bu barədə “NTV” məlumat yayıb.

Hadisə nəticəsində sürücü həlak olub. Dövlət rəsmiləri bildiriblər ki, elektriklə işləyən avtomobil beton dirəyə dəydikdən sonra alovlanıb. Olayın başvermə səbəbləri hələlik məlum deyil.

Qəzadan sonra bütün diqqət İlon Maskın üzərinə yönəlib. Çünki o, açıqlama vermişdi ki, avtomobil olduqca dayanıqlıdır. 

Töhfə Səməd

tag: İlon Mask, Avtomobil, Tesla, Qəza, Hadisə, todaypress.az,