“Tesla” bütün avtomobillərində avtopilotdan imtina etdi

Dünya

27.08.2024 13:00

2171

“Tesla” korporasiyası öz rəsmi saytından markanın bütün elektrik avtomobillərinin avtopilot funksiyasına malik olması ilə bağlı məlumatı silib.

TodayPress xəbər verir ki, bu barədə “Electrek” məlumat yayıb. 

Bildirilib ki, 2019-cu ilə qədər dərc edilmiş bütün yazılar saytda yoxa çıxıb. Xüsusilə, 2016-cı ildən etibarən markanın bütün elektrik avtomobillərinin avtopilot funksiyası ilə təchiz edildiyini bildirən yazının silinməsi diqqəti cəlb edib. 

Mütəxəssislər “Tesla” rəhbərlərinin bu qərarını qınayıblar. Qeyd edilib ki, İlon Maskın korporasiyası səkkiz il əvvəl avtomobillərlə bağlı bəyanatı verməyə tələsib və açıq şəkildə öz istehlakçılarını aldadıb. İndi isə həmin yazıları silərək bu funksiyanın mövcudluğundan boyun qaçırmağa çalışır. 

Töhfə Səməd

tag: Tesla, Marka, Mask, Funksiyalar, Avtomobillər, todaypress.az,