“Tesla” alman şirkətinə uduzdu

Dünya

22.08.2024 18:18

897

İyulun sonunda Almaniyanın “BMW” avtomobil istehsalçısı Avropada elektrik avtomobillərinin satışında “Tesla” şirkətini geridə qoyub.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. 

“BMW”nin avtomobil satışları artaraq 14869, “Tesla”nın satışları isə 16 faiz azalaraq 14561 ədəd olub.

Bu, ilk belə haldır ki, avropalı istehsalçı İlon Maskın şirkətini məğlub edir.

Töhfə Səməd

tag: Avropa, Almaniya, Tesla, İlon Mask,Avtomobillər, todaypress.az,