“Tesla” aksesuar istehsalçısını məhkəməyə verdi

Dünya

02.08.2024 19:30

Amerikanın “Tesla” şirkəti brendin avtomobilləri üçün enerji doldurucuları istehsal edən “Evject” startapını məhkəməyə verib. 

TodayPress xəbər verir ki, bu barədə “Jalopnik” məlumat yayıb. 

İlon Maskın şirkəti “Evject”i təhlükəli şarj cihazları istehsal etməkdə günahlandırıb və ABŞ-də aksesuarların satışına qadağa qoyulmasını tələb edib.

“Tesla” nümayəndələrinin dediyinə görə, “Evject” şarj aksessuarı istilikdən qorunmur. Testlər zamanı korporasiyanın mütəxəssisləri müəyyən ediblər ki, enerji doldurarkən adapterlərin səthi 100 dərəcəyə qədər qıza bilir. İddia ərizəsində bildirilib ki, bu, həm elektrik avtomobilinin, həm də “Supercharger“ şarj doldurma stansiyasının alışmasına səbəb ola bilər. 

“Evject”dən verilən açıqlamaya görə, bu şikayət yersizdir. Belə ki, ilk vaxtlar “Tesla” maşınlarını şarja taxmaq üçün sürücü maşından enməli, dolduqdan sonra isə kabeli ayırmalı və avtomobildəki lyuku bağlamalı idi. Lakin startap təklif edib ki, sürücü yerindən tərpənmədən avtomatik olaraq şarj aləti maşından ayrılsın və qapaq öz-özünə bağlansın.   

Töhfə Səməd

tag: Tesla, Evject, Aksesuarlar, Avtomobil, Amerika, todaypress.az,