“Tesla” Aİ-yə tapşırıq verdi

Dünya

10.09.2024 17:25

Çində istehsal edilən “Tesla” avtomobillərinə tətbiq edilən rüsumlar 9 faizdən 7,8 faizə endiriləcək.

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilib ki, qərar hələ rəsmi olaraq açıqlanmasa da, rüsumla bağlı qanunun noyabr ayında qüvvəyə minməsi gözlənilir. 

Avropa İttifaqına üzv dövlətlər tərəfindən hələ təsdiqlənməmiş əvvəlki versiyaya görə, digər istehsalçıları daha yüksək faizlər gözləyir. Belə ki, “BYD” 17 faiz, “Geely” 19,3 faiz, “SAIC” isə 36,3 faizdə qərarlaşıb.  Bildirilib ki, hazırda maksimum səviyyənin 35,3 faizə endirilməsi planlaşdırılır.

Qeyd edilib ki, Aİ ilə müvafiq tərəflər arasında danışıqlar davam etdikcə faiz dərəcələri tənzimlənə bilər. İstənilən halda, qəbul edilən dərəcələr Çin ixracatçılarının hazırda üzləşdiyi mövcud 10 faizlik rüsumlara əlavə olacaq.

Xatırladaq ki, Avropa İttifaqının Çinin elektrik avtomobillərinə subsidiyalar ilə bağlı araşdırmasını rəsmi Pekin “proteksionizmin tipik nümunəsi” adlandırıb.

Töhfə Səməd

tag: Tesla,Avropa İttifaqı, Çin ,Pekin ,Avtomobillər, todaypress.az,