Terror aktı planlaşdıran 7 nəfər saxlanıldı

Dünya

17.08.2024 12:07

Argentina hüquq-mühafizə orqanları terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 7 nəfəri saxlayıb.    

TodayPress xəbər verir ki, bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bulriç “X” sosial şəbəkəsində məlumat verib.  

"Onlar Mendozada terror aktları planlaşdırırdılar" deyə o, yazıb.

Onun məlumatına görə, saxlanılanlar İŞİD və Taliban kimi terror qruplarının hücum planları və materiallarını yaymaq üçün sosial mediadan istifadə edib. Saxlanılanların evlərində aparılan axtarışlar zamanı çoxlu sayda odlu və soyuq silah aşkar edilib. 

Günəş Mərd

tag: Argentina, Patrisiya Bulriç, İŞİD, Taliban, Terror, todaypress.az,