Terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər saxlanıldı

Dünya

24.10.2024 18:40

2510

Şri-Lankanın hüquq-mühafizə orqanları adada terror aktı təşkil etməkdə şübhəli bilinən 3 nəfəri saxlayıb. 

TodayPress xəbər verir ki, bu barədə ictimai təhlükəsizlik naziri Vijita Herat mətbuat konfransında bildirib.

"Kəşfiyyat orqanları Şri-Lankaya gələn turistlərin təhlükəsizliyinə potensial təhdidlər barədə məlumat alıb. Biz dərhal hərəkətə keçdik. Həm kəşfiyyat orqanları, həm də polis araşdırmaya başladı. Üç nəfər saxlanılıb" deyə o, onların hazırda dindirildiklərini qeyd edib.

Bildirilib ki, terrorçuların əsas hədəfi israilli turistlər olub.  

Nazir əmin edib ki, indiki mərhələdə nə yerli sakinlər, nə də xarici qonaqlar israillilərə və ya hər hansı digər şəxslərə qarşı mümkün hücumlardan qorxmamalıdırlar. Bütün lazımi təhlükəsizlik tədbirləri görülüb.

Töhfə Səməd

tag: Şri-Lanka, Turist, İsrail, Terror, Konfrans, todaypress.az,