“Temu” ticarət platformasına qarşı araşdırma başladı
Dünya
31.10.2024 18:15
Avropa Komissiyası Çinin “Temu” ticarət platformasını Avropa bazarında qeyri-qanuni məhsullar satmaqda və yaymaqda ittiham edərək araşdırmaya başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Komissiyanın mətbuat xidməti məlumat yayıb.
“Avropa Komissiyası “Temu” ticarət platforması ilə bağlı rəsmi araşdırma başladıb. “Temu” qeyri-qanuni məhsullar satdığı üçün Rəqəmsal Xidmətlər Qanununu pozmaqda şübhəli bilinir”.
Komissiya şirkəti illik dövriyyənin 6%-i məbləğində cərimə ilə hədələyib.
Həmçinin Avropa Komissiyası platformanı treyderlərin davranışlarını tənzimləyən texniki vasitələrdən, xüsusən də oyun tipli alqoritmlərdən və asılılıq yaradan təşviq proqramlarından istifadə etməkdə günahlandırıb.
Töhfə Səməd
tag: Çin, Avropa, Temu,Ticaret, todaypress.az,