“Temu” müştərilərinin məlumatları sızdırıldı
Dünya
17.09.2024 18:45
Çin mərkəzli onlayn alış-veriş platforması “Temu” istifadəçilərinin məxfi məlumatlarını qoruya bilməyib.
TodayPress xəbər verir ki, ilkin məlumatlara əsasən, 87 milyon müştərinin məlumatları oğurlanıb.
Mütəxəssislər insanlara müraciət edərək, şəxsi məlumatlarını dəyişməyi və yaxud da tamamilə silməyi tövsiyə edib.
Qeyd edək ki, “Temu” rəhbərliyi məlumatı təkzib edərək, bunun reallığı əks etdirmədiyini açıqlayıb.
Töhfə Səməd
tag: Çin, Temu ,Şəxsi Məlumatlar, Rəhbərlik ,Alış-Veriş ,todaypress.az,