"Telegram"ın təsisçisi Fransada saxlanıldı

Dünya

25.08.2024 09:44

"Telegram"ın təsisçisi Pavel Durov Fransanın "Le Burje" hava limanında saxlanılıb.

TodayPress xəbər verir ki, bu barədə Fransanın KİV məlumat yayıb.

Durov bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik qaçaqmalçılığı, fırıldaqçılıq, çirkli pulların yuyulması, oğurlanmış malların idarə edilməsində ittiham oluna bilər.

Onu 20 ilə qədər həbs gözləyir. Xatırladaq ki, 2021-ci ilin fevralında Durov Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlığını, avqustda isə Fransa vətəndaşlığını alıb.  

tag: teleqram,həbs,Fransa,Pavel Durov,cinayət,terror,