"Telegram" təsisçisinin həbs müddəti uzadıldı
Dünya
26.08.2024 09:35
Fransa məhkəməsi "Telegram"ın təsisçisi Pavel Durovun Parisdə hava limanında saxlanmasından sonra həbs müddətini uzadıb.
TodayPress xəbər verir ki, bu barədə "Agence France-Presse" nəşri məlumat yayıb.
Nəşr qərarın Fransadakı məhkəmə sistemi tərəfindən verildiyini bildirib.
Qeyd olunub ki, Durovun Fransada dindirilmək üçün saxlanma müddəti maksimum 96 saat davam edə bilər. Bu müddət bitdikdən sonra hakim "Telegram" rəhbərini azad edə və ya ona qarşı ittiham irəli sürərək həbs edə bilər.
Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam Parisin "Le Burje" hava limanında saxlanılıb. Fransa məhkəmə orqanlarının məlumatına görə, o, "Telegram" vasitəsilə həyata keçirilən qanunsuz hərəkətlərdə iştirakçı olub.
Qeyd edək ki, Durov 20 il müddətinə həbs oluna bilər.
Günəş Mərd
tag: Pavel Durov, Fransa, Paris,Məhkəmə, todaypress.az,