“Telegram” İŞİD-in təbliğatına görə cərimələndi
Dünya
03.01.2025 11:16
Moskvanın Taqanski Məhkəməsi “Telegram” messencerini İŞİD terror qruplaşmasının təbliğatını aparan kanalları silməkdən imtina etdiyinə görə cərimələyib.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.
Baş Prokurorluq, həmçinin “Telegram”da saxta sənədlərin alqı-satqısı, qanunsuz kütləvi tədbirlər, Rusiya ordusunu nüfuzdan salan yazılar və etibarsız sosial əhəmiyyətli məlumatların yer aldığı qeydlərə də diqqət çəkib. Messencer administrasiyasından kanalları ləğv etməyi tələb olunsa da, tələbə məhəl qoyulmayıb. Nəticədə məhkəmə “Telegram”ı 4 milyon rubl cərimələyib.
Qeyd edək ki, bundan öncə noyabrda “Telegram” Rusiyada qadağan olunmuş məlumatları silmədiyinə görə 7 milyon rubl cərimə olunmuşdu.
Günəş Mərd
tag: Telegram ,İŞİD ,Təbliğat, Cərimə, todaypress.az,