“Telegram” hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başladı

Dünya

21.09.2024 13:45

“Telegram” kibercinayətləri araşdırmaq üçün təkcə Fransanın deyil, digər ölkələrin də hüquq-mühafizə orqanları ilə əməkdaşlığa başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə “Le Figaro” yazıb.

Bu, platformanın yaradıcısı Pavel Durovun həbsi ilə bağlıdır. 

Bildirilir ki, istintaqın təzyiqi ilə Durov “Telegram“dan “yaxınlıqdakı insanlar” funksiyasının silinməsi və sosial şəbəkədən istifadə qaydalarının sərtləşdirilməsi imkanlarını müzakirə etməyə başlayıb.  

Xatırladaq ki, Pavel Durov avqustun 24-də axşam Fransanın “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. O, altı cinayətdə ittiham olunur. 

Günəş Mərd

tag: Telegram, Pavel Durov ,Həbs ,Fransa ,Hava Limanı ,todaypress.az,