Təl-Əvivə Qəzzanın cənubundan raket atıldı
Dünya
13.08.2024 18:03
Son bir neçə ayda ilk dəfə olaraq Qəzzanın cənubundan Təl-Əvivə iki ədəd raket atılmasına cəhd edilib.
TodayPress "The Jerusalem Post"a istinadən məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, raketlərdən biri Qəzzanın ərazisinə, ikincisi isə İsrailin mərkəzi hissəsinə düşüb.
HƏMAS-ın mətbuat xidmətindən verilən açıqlamada bu addımın Fələstin xalqına qarşı törədilən çoxsaylı qətllərə cavab olaraq atıldığı qeyd edilib.
tag: Qəzza, HƏMAS, Fələstin, Qətllər,Raket, todaypress.az,