Təl-Əvivə əlavə xilasetmə bölmələri yerləşdirildi
Dünya
07.08.2024 09:52
İsrail hökuməti Təl-Əvivdə və ölkənin digər mühüm şəhərlərində əlavə xilasetmə bölmələri yerləşdirib.
TodayPress xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
Təl-Əvivdə axtarış-xilasetmə qrupları və xüsusi texnikası artıq yerləşdirilib. Bu tədbirlər İrandan mümkün hücuma hazırlıq çərçivəsində görülüb.
Əlavə xilasetmə qüvvələri Hayfa, Krayot, Eylat və digər şəhərlərdə də yerləşdirilib.
Töhfə Səməd
tag: Təl-Əviv, İsrail, Hayfa, Krayot, Eylat, todaypress.az,