Təl-Əvivdə nümayişçilər polislə toqquşdu

Dünya

02.09.2024 08:56

Təl-Əvivin mərkəzində Qəzza zolağında saxlanılan girovlara dəstək aksiyasından sonra kütləvi iğtişaşlar baş verib.

TodayPress xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. 

Fəallar Ayalon şossesini bağlayıb, polislə əlbəyaxa olublar. Öz növbəsində polis etirazçıları magistral yoldan çıxarmağa çalışıb və ən fəal nümayişçiləri həbs edib. 

Əldə olan məlumata görə, polis əməkdaşları arasında itkilər var.

Günəş Mərd

tag: Təl-Əviv, Qəzza, Girovlar, Ayalon, Polislər, todaypress.az,