Tehrandan bütün uçuşlar təxirə salındı
Dünya
05.08.2024 10:45
İranın paytaxtı Tehrandakı İmam Xomeyni Beynəlxalq Hava Limanından bütün uçuşlar təxirə salınıb.
TodayPress xəbər verir ki, bu barədə "Açıq Mənbə Kəşfiyyat Monitoru" "X" sosial şəbəkəsində paylaşım edib.
Uçuşların bu gün günortaya qədər həyata keçiriləcəyi ehtimal edilir.
Qeyd edək ki, bölgədəki hava limanlarında bu cür uçuş gecikmələri və ləğvlər Yaxın Şərqdə artan gərginlik fonunda son bir neçə gündür ki, davam edir.
Günəş Mərd
tag: Tehran, İmam Xomeyni, Hava Limanı, İran, Yaxın Şərq, todaypress.az,