Tehrana uçuşlar dayandırıldı

Dünya

05.08.2024 16:44

1148

Almaniyaya məxsus aviaşirkətlər Yaxın Şərqdə vəziyyətin pisləşməsi ilə əlaqədar Tehrana uçuşları avqustun 8-dək dayandırıb.

TodayPress xəbər verir ki, bu barədə "Lufthansa Group" aviaşirkəti məlumat yayıb. 

Həmçinin aviaşirkət Tel-Əvivə olan uçuşlarını avqustun 8-dək, Beyrut istiqamətindəki uçuşlarını isə avqustun 12-dək uzadıb.

Aviadaşıyıcı sərnişinlərə biletlərin pulsuz ləğvi və ya yenidən bron edilməsini təklif edib.

Töhfə Səməd

tag: Tehran, Uçuşlar, Almaniya,Yaxın Şərq, Təl-Əviv, Beyrut, todaypress.az,