Tehran: Növbəti mərhələ yenidən Omanda keçiriləcək
“Omanın seçilməsi koordinasiya və dəstək imkanları ilə bağlıdır”.
TodayPress xəbər verir ki, bu açıqlamanı İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi “Mehr” agentliyinə verib.
Onun sözlərinə görə, ABŞ və İran arasında keçirilməsi planlaşdırılan ikinci mərhələ qeyri-birbaşa danışıqlar əvvəlki bəyanatlara baxmayaraq, yenə də Omanda baş tutacaq. Bəqayi vurğulayıb ki, Romanın ev sahibliyi edəcəyi ilə bağlı yayılan məlumatlara baxmayaraq, diplomatik məsləhətləşmələrdən sonra yer olaraq yenidən Oman seçilib.
“Bu dəyişiklik texniki və koordinasiya məsələləri ilə bağlıdır” deyə o qeyd edib.
İran rəsmisi bildirib ki, danışıqların ikinci raundu aprelin 19-da keçiriləcək və Oman Xarici İşlər Nazirliyi bu mərhələdə də vasitəçi rolunu davam etdirəcək.
Xatırladaq ki, ilk raund da Maskatda keçirilmiş və Oman tərəfi İran və ABŞ nümayəndə heyətləri arasında mesaj ötürməkdə əsas vasitəçi kimi çıxış etmişdi.
Qiymət Mahir
tag: Oman,ABŞ,İran,İsmayıl Bəqayi,todaypress.az,