“Tehran istənilən vaxt İsraili vura bilər " - Ekspert
Dünya
07.08.2024 10:23
“Rusiya və İranın Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və yeni regional münaqişə təhlükəsi səbəbindən koordinasiyanı gücləndirmək üçün əsaslı səbəbləri var”.
TodayPress, “Global Times””a istinadən xəbər verir ki, bu fikri Şimal-Qərb Universitetinin Yaxın Şərq Araşdırmaları İnstitutunun eksperti Vanq Cin bildirib.
"İran öz ərazisindən raket və pilotsuz təyyarələrlə İsrailə hücum edərsə, bu silahlar və sursatlar Rusiyanın nəzarətində olan zonanın üzərindən uça bilər. Bu səbəbdən kəşfiyyat məlumatlarını koordinasiya etmək lazımdır. Tehran istənilən vaxt İsraili vura bilər, ona görə də Rusiya Federasiyası və İran tərəfinin koordinasiya üçün çox tutarlı səbəbləri var” deyə Cin qeyd edib.
Onun sözlərinə görə, nə Moskva, nə də Vaşinqton münaqişənin gərginləşməsində maraqlı deyil, çünki onlar daha yüksək prioritet olan daxili məsələlərin və Ukrayna böhranı kimi problemlərin həllinə resurslar sərf etməlidirlər.
Günəş Mərd
tag: Rusiya, İran, Yaxın Şərq, Moskva, Vaşinqton,todaypress.az,