Təbii fəlakətdə ölənlərin sayı artdı

Dünya

03.08.2024 12:55

Hindistanın cənubunda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 300-ə çatıb.

TodayPress Hindistan mediasının məlumatına əsasən xəbər verir ki, iyulun 30-da Kerala ştatının Vayanad rayonunda baş verən çoxsaylı torpaq sürüşmələri nəticəsində çoxlu sayda insan ölüb.

İtkin düşənlərin axtarışı davam edir. 

Dağıntılar altından ölənlərin cəsədlərinin çıxarılması üçün təbii fəlakət zonasında genişmiqyaslı xilasetmə əməliyyatı davam edir.

tag: Hindistan, Təbii Fəlakət, Ölüm, İnsanlar, Torpaq sürüşməsi, todaypress.az,