Təbii fəlakət Yaponiyada həyatı iflic etdi
Yaponiya davam
edən yağışlar bir nəfərin ölümünə, 6 nəfərin itkin düşməsinə səbəb olub.
TodayPress xəbər
verir ki, bu barədə adı çəkilən ölkənin yerli mediası məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətə görə yeddi şəhər və qəsəbədə 131,4 min nəfərin təxliyəsi elan edilib. Hazırda bir çox yerlər işıqsız qalıb, çaylar daşıb və bir sıra torpaq sürüşməsi faktları qeydə alınıb.
Töhfə Səməd
tag: Təbii fəlakət,Ölüm,Sürüşmə,Yaponiya,Yağış,todaypress.az,