Təbii fəlakət Vyetnamda həyatı iflic etdi, ölənlər var
Dünya
08.09.2024 15:40
Vyetnamın şimalında baş verən “Yaqi”
superqasırğası nəticəsində 14 nəfər ölüb, 180-dən çox insan yaralanıb.
TodayPress xəbər verir ki, bu barədə
Vyetnam təbii fəlakətlərə reaksiya və axtarış-xilasetmə işləri üzrə Milli Komitəsi
məlumat yayıb.
Qasırğada 400-dən çox elektrik xəttinə,
27 yarımstansiyaya ciddi zərər dəyib, 121 min hektardan çox əkin sahəsi su
altında qalıb. Sahil rayonlarında 38 gəmi və balıqçı gəmisi batıb.
Töhfə
Səməd
tag: Vyetnam,Qasırğa,Yaqi,Milli Komitə,Sahil ,todaypress.az,