Təbii fəlakət Çində həyatı iflic etdi

Dünya

10.08.2024 14:34

Son iki ayda Çinin cənub əyalətlərində yağan leysan yağışları nəticəsində daşqın və torpaq sürüşmələri baş verib. 

TodayPress xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.

Təbii fəlakət nəticəsində indiyə qədər 150-dən çox insan həlak olub. Zərərçəkənləri sayı isə həddindən artıq çoxdur. İtkin düşənlərin axtarışları hələ də davam edir.

Bildirilib ki, baş verən daşqınlardan sonra bir sıra körpülər uçub, maşınlar zərər görüb. 

Qeyd edək ki, Çində hər il iyulun ortalarından avqustun ortalarına qədər güclü leysan yağışları baş verir.

 Töhfə Səməd

tag: Çin, Fəlakət,Yağış , Leysanlar, Daşqınlar, todaypress.az,