TDT-nin 12-ci sammiti Azərbaycanda keçiriləcək

Dünya

07.11.2024 08:34

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin 12-ci sammiti Azərbaycanda keçiriləcək.

TodayPress xəbər verir ki, bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən TDT Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunlarına dair Bişkek Bəyannaməsində əksini tapıb.


Bəyannaməyə əsasən, təşkilat ölkələrinin liderləri 2025-ci ildə rəsmi sammitin Azərbaycanda, qeyri-rəsmi sammitin isə Macarıstanda keçirilməsini təsdiqləyiblər.

 

 

tag: TDT,Türkiyə, Sammit, Azərbaycan, todaypress.az,