Tbilisidəki etirazlarda 15 Rusiya vətəndaşı saxlanıldı
Gürcüstan tərəfi Tbilisidəki etirazlarda 15 Rusiya vətəndaşının saxlanılması barədə Moskvanı məlumatlandırıb.
TodayPress xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Məlumata görə, 10 dekabr tarixinə qədər onlardan 13-ü azad edilib, iki nəfər isə müvəqqəti saxlanma yerində inzibati həbsdədir.
"Onların azad olunma tarixi məhkəmənin qərarına uyğun - müvafiq olaraq 11 və 13 dekabrdır” deyə məlumatda bildirilir.
tag: Gürcüstan ,Tbilisi,Rusiya ,Aksiya,Saxlanılıb,todaypress.az,