Tbilisidə keçirilən aksiyalarda 16 nəfər saxlanıldı

Dünya

05.12.2024 12:07

Tbilisidə keçirilən mitinqlərdə polis əməkdaşları cinayət işlərində iştirak edən 16 nəfəri saxlayıblar. 

TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Hüquq-mühafizə orqanları saxlanılanlar arasında 2006-cı il təvəllüdlü gəncin də olduğunu bildirib. O, polis əməkdaşına bıçaqla xəsarət yetirməkdə ittiham edilərək həbs edilib. Müttəhimi 7 ilə qədər həbs cəzası gözləyir.

“Hazırda həyata keçirilən tədbirlər çərçivəsində Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 187-ci maddələri ilə zorakılıq törədən qruplar tərəfindən törədilmiş bütün cinayət əməlləri araşdırılır” məlumatda bildirilib.

Günəş Mərd

tag: Gürcüstan, Akisya, Polis, Cinayət, todaypress.az,