Tbilisidə hökumət əleyhinə növbəti mitinq keçirilir
Dünya
17.12.2024 22:11
Tbilisidə
parlament binası qarşısında növbəti
mitinq üçün müxalif partiya toplaşıb.
TodayPress xəbər verir ki, bu barədə “TASS”
məlumat yayıb.
Etirazçılar
parlament binası yaxınlığında Rustaveli prospekti ilə avtomobillərin hərəkətini
bağlayıblar.
Bildirilib
ki, nümayişçilərdən bəziləri şəhərin mərkəzindən keçərək əraziyə yürüş ediblər.
Mitinq dinc şəraitdə keçirilir, polis müdaxilə etmir.
Həmçinin
Tbilisi ilə yanaşı, daha iki böyük şəhərdə - Batumi və Kutaisidə etiraz
aksiyaları keçirilir.
Qeyd
edək ki, hər gün parlament binası qarşısında nümayişlər keçirilir. Son günlər
etirazlar dinc xarakter alıb.
Aynur TAC
tag: Tblisi,Gürcüstan, Aksiya, Müxalifət,todaypress.az,