Tbilisidə hökumət əleyhinə mitinq keçirildi
Dünya
15.01.2025 11:59
Yanvarın 14-də Tbilisinin mərkəzində hökumət əleyhinə mitinq keçirilib.
TodayPress xəbər verir ki, bu barədə "RİA" məlumat yayıb.
Agentlik bildirir ki, aktyorların iştirak etdiyi toplantı “Teatr və tamaşaçılar tiranlığa qarşı” şüarı ilə Vaso Abaşidze adına teatrdan Rustaveli teatrına qədər yürüş edib. Etirazçılar təkrar parlament seçkilərinin keçirilməsini və həbsdə olan fəalların azadlığa buraxılmasını tələb edirlər.
Töhfə Səməd
tag: Tiblisi ,Gürcüstan ,Mitinq, Hökumət, todaypress.az,