Tbilisidə etirazçılarla polis arasında toqquşmalar başladı
Dünya
19.11.2024 10:50
Tbilisinin Melikişvili prospektində parlament seçkilərinin nəticələrinə etiraz edənlərlə Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşları arasında toqquşma yaşanıb.
TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Bildirilib ki, etirazçılar polisə daş atıblar. Hüquq mühafizə orqanının əməkdaşları isə etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Bir neçə nəfər saxlanılıb.
Qeyd edək ki, noyabrın 18-də Gürcüstan prezidenti Salome Zurabişvili ölkə vətəndaşlarını parlament seçkilərinin nəticələrinə etirazlarını davam etdirməyə çağırıb.
Oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Nəticədə hakim “Gürcü arzusu” partiyası 54,3% səs toplayaraq qalib gəlib. Lakin müxalifətin bir sıra siyasi birlikləri seçkinin nəticələrini qəbul etməyib.
Günəş Mərd
tag: Tbilisi, Polis, Etiraz, Gürcüstan, Salome Zurabişvili, todaypress.az,