Tbilisidə etirazçılar Rustaveli prospektində toplaşır
Dünya
04.12.2024 23:23
Gürcüstan parlamentinin binası yaxınlığında toplaşan etirazçılar artıq Gürcüstan paytaxtının mərkəzi prospektini bağlayıblar.
TodayPress xəbər verir ki, toplananların Gürcüstan və Avropa İttifaqının bayraqlarını qaldırdığı bildirilir.
Parlament binasının hər iki tərəfindəki küçələrə polis qüvvələri səfərbər edilib.
Gürcüstan hökumətinin qərarından
narazı olan vətəndaşlar artıq yeddinci gündür ki, etiraz aksiyaları keçirirlər.
tag: Tblisi, Aksiya,Gürcüstan, Polis, Etiraz, tdaypress.az,