Tbilisidə etirazçılar mərkəzi küçə ilə hərəkəti dayandırdılar

Dünya

10.12.2024 22:40

1481

Tbilisidə etirazçılar parlament binası yaxınlığında Rustaveli prospekti ilə avtomobillərin hərəkətini bağlayıblar.

TodayPress xəbər verir ki. Bu barədə “TASS”  məlumat yayıb.

Məlumata görə, noyabrın 28-dən hər gün keçirilən etiraz aksiyalarının keçirildiyi parlament binasının qarşısına 1000-ə yaxın insan toplaşıb.

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ötən gün bildirib ki, Tbilisidə hökumət əleyhinə mitinqlərin təşkilatçıları dekabrın 14-nə təyin edilmiş Gürcüstanda prezident seçkilərini pozmağa, bununla da siyasi sistemi xaosa salmağa çalışırlar.

Gürcüstanda prezident seçkiləri dekabrın 14-nə təyin edilib. Prezident ilk dəfə olaraq seçki kollegiyası tərəfindən seçiləcək. Yeganə namizəd hakim partiya tərəfindən irəli sürülən keçmiş deputat, futbolçu Mixail Kavelaşvilidir. İnauqurasiya mərasimi dekabrın 29-da keçiriləcək.

Aynur TAC

 

tag: Tblisi, Aksiya,Gürcüstan, Polis, Etiraz, tdaypress.az,