Tbilisidə etiraz yürüşündə iştirak edən 3 nəfər saxlanıldı
Dünya
16.11.2024 16:30
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisidə müxalifətin 26 oktyabr parlament seçkilərinin nəticəsinə qarşı keçirdiyi etiraz yürüşündə iştirak edən 3 nəfəri saxlayıb.
TodayPress xəbər verir ki, məlumatı Gürcüstan DİN yayıb.
Bildirilib ki, hər üç şəxs inzibati qaydada həbs edilib.
Polisin məlumatına görə, müxalifətin yürüşü zamanı iştirakçılar qanunsuz olaraq Aqmaşenebeli prospektini bağlamağa cəhd ediblər.
tag: Gürcüstan, Daxili İşlər Naziri,Seçki, Etiraz, todaypress.az,